"Qərb Ukraynanın NATO-ya üzv olacağına söz verməklə səhv etdi" - Borreldən etiraf

   "Qərb Ukraynanın NATO-ya üzv olacağına söz verməklə səhv etdi" -    Borreldən etiraf
  11 Mart 2022    Oxunub:1321
Qərb Ukraynanın NATO-ya üzv olacağına söz verməklə səhv etdi.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel TF1 telekanalına müsahibəsində söyləyib.

"Elə məqamlar var ki, biz daha yaxşı işləyə bilərdik. Məsələn, biz zəmanət verə bilmədiyimiz bir şeyi, xüsusən də Ukraynanın NATO-ya daxil olmasını təklif etdik - bu, heç vaxt həyata keçirilmədi.Düşünürəm ki, tuta bilməyəcəyimiz vədlər vermək səhv idi”, - deyə o bildirib.

Bundan əlavə, Avropa diplomatiyasının rəhbəri etiraf edib ki, Qərb Rusiya ilə münasibətlər qurarkən səhvlərə yol verib. “Beləliklə, biz Rusiyanın Qərblə onu saxlamaq üçün yaxınlaşması imkanını itirdik”.

AzVision.az



Teqlər: Ukrayna   NATO  



Xəbər lenti