Ankara yaxın vaxtlarda Putinlə Zelenskinin görüşünə ümid edir

   Ankara yaxın vaxtlarda    Putinlə Zelenskinin görüşünə ümid edir
  11 Mart 2022    Oxunub:1624
Yaxın gələcəkdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında deyib.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Putinin Zelenski ilə tərəddüd etmədən görüşəcəyini deyib. Mən bunu yaxşı əlamət hesab edirəm. Görüşün, ola bilsin ki, yaxın vaxtlarda baş tutacağına inanmağa əsas var”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sülhün bərqərar olmasına kömək etməyə çalışır.

AzVision.az


Teqlər: Rusiya   Türkiyə  



Xəbər lenti