"Putinlə Zelenskinin görüşü mümkündür" - Peskov

   "Putinlə Zelenskinin görüşü mümkündür" -    Peskov
  11 Mart 2022    Oxunub:1239
"Heç kim Vladimir Putin və Vladimir Zelenskinin görüşünün mümkünlüyünü istisna etmir". AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
- Bəli, bu, həqiqətən də konseptual olaraq mümkündür. Amma ilk növbədə, həm nümayəndə heyətləri, həm də nazirlər öz üzərilərinə düşəni etməlidirlər ki, prezidentlər proses naminə və danışıqlar xatirinə deyil, nəticə üçün görüşsünlər, - Peskov deyib.

O qeyd edib ki, "Rusiya tərəfinin mövqeləri məlumdur, onlar aydın şəkildə ifadə olunub. Mövqeyimiz Ukraynadan danışıqlara qatılanların diqqətinə çatdırılıb, biz qarşılıqlı mülahizələri gözləyirik".

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Zelenski  



Xəbər lenti