Xorvatiya prezidenti: "Zaqrebdə partlayan PUA Ukraynadan gəlib"
O vurğulayıb ki, hakimiyyəti “bunun Xorvatiyaya qarşı yönəlmədiyinə” inanır.
- Bu, Ukraynadan Zaqrebə gedərkən vurulmayan təyyarə ölçüsündə bir aparatdır... Biz Ukraynada baş verənləri seyr edirik, olayları pisləyirik. Amma altı tonluq təyyarə bir milyon əhalisi olan şəhərin içərisinə düşdü, indiyə qədər heç kim- CNN, BBC və Əl-Cəzirə kanallarında bu barədə məlumat vermədi. Sanki yağış yağıb.
Qeyd edilir ki, təyyarə yaşıl zonada qəzaya uğrayıb və nəticədə partlayış səsi eşidilib.
- Qəza yerində kiçik xəndək yaranıb və ərazi nəzarətə götürülüb. Polis yaxınlıqda iki paraşüt də tapıb. Ehtimallara görə, bu, Ukraynadan gələn Tu-141 "Strij" PUA-sı ola bilər, - xarici KİV yazıb.
NATO və Xorvatiya hakimiyyət orqanlarının məlumatına görə, pilotsuz təyyarə ölkə üçün təhlükə yaratmayıb və hava məkanına Macarıstandan 22.57-də daxil olub.
Müdafiə naziri Mario Banojiç isə deyib ki, PUA havada 7 dəqiqə qalıb və saatda 700 kilometr sürətlə hərəkət edirmiş. Müdafiə Nazirliyi hələlik cihazın mənsubiyyətini və buraxılış yerini müəyyən etməyib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


