Xorvatiya prezidenti: "Zaqrebdə partlayan PUA Ukraynadan gəlib"

      Xorvatiya prezidenti:    "Zaqrebdə partlayan PUA Ukraynadan gəlib"
  11 Mart 2022    Oxunub:1652
Xorvatiya prezidenti Zoran Milanoviç ölkəsinə düşən Pilotsuz Uçan Aparat(PUA) barədə danışıb. AzVision.az xəbər verir ki, o, cümə günü gecə Zaqrebdə qəzaya uğrayan PUA-nın Ukraynadan gəldiyini deyib.
- Heç bir xəbərdarlıq almadıq, obyekt Macarıstan üzərində 40 dəqiqədən çox uçub. O, 7 dəqiqə Xorvatiyanın hava məkanında olub və Yarun bölgəsinə düşüb. Xoşbəxtlikdən hadisə itkisiz ötüşüb. Bu, ciddi insidentdir, - dövlət başçısı brifinqdə deyib.

O vurğulayıb ki, hakimiyyəti “bunun Xorvatiyaya qarşı yönəlmədiyinə” inanır.

- Bu, Ukraynadan Zaqrebə gedərkən vurulmayan təyyarə ölçüsündə bir aparatdır... Biz Ukraynada baş verənləri seyr edirik, olayları pisləyirik. Amma altı tonluq təyyarə bir milyon əhalisi olan şəhərin içərisinə düşdü, indiyə qədər heç kim- CNN, BBC və Əl-Cəzirə kanallarında bu barədə məlumat vermədi. Sanki yağış yağıb.

Qeyd edilir ki, təyyarə yaşıl zonada qəzaya uğrayıb və nəticədə partlayış səsi eşidilib.

- Qəza yerində kiçik xəndək yaranıb və ərazi nəzarətə götürülüb. Polis yaxınlıqda iki paraşüt də tapıb. Ehtimallara görə, bu, Ukraynadan gələn Tu-141 "Strij" PUA-sı ola bilər, - xarici KİV yazıb.

NATO və Xorvatiya hakimiyyət orqanlarının məlumatına görə, pilotsuz təyyarə ölkə üçün təhlükə yaratmayıb və hava məkanına Macarıstandan 22.57-də daxil olub.

Müdafiə naziri Mario Banojiç isə deyib ki, PUA havada 7 dəqiqə qalıb və saatda 700 kilometr sürətlə hərəkət edirmiş. Müdafiə Nazirliyi hələlik cihazın mənsubiyyətini və buraxılış yerini müəyyən etməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: PUA   Xorvatiya  



Xəbər lenti