"Rusiya-Ukrayna danışıqlarında müsbət irəliləyiş əldə edilib" - Putin

  "Rusiya-Ukrayna danışıqlarında müsbət irəliləyiş əldə edilib" -    Putin
  11 Mart 2022    Oxunub:1205
Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş əldə edilib.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşündə deyib.

"Ukrayna ilə bağlı vəziyyətə gəldikdə, danışıqlar indi demək olar ki, gündəlik əsasda keçirilir. Bizim tərəfimizdən nümayəndələrin mənə məruzə etdiyi kimi, bu istiqamətdə müəyyən müsbət addımlar var", - deyə V.Putin bildirib.

Rusiyaya qarşı təbiq olunan sanksiyalara toxunan prezident V.Putin əlavə edib ki, bu sanksiyalar yekunda Rusiyanın xeyrinə olacaq.

"Biz daha çox səlahiyyətlər, bacarıqlar əldə edəcəyik. Bu, bizə daha müstəqil olmaq üçün imkan yaradacaq və əvvəllər olduğu kimi, yekunda bizim xeyrimizə olacaq", - V.Putin deyib

AzVision.az


Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti