İkinci Antalya Diplomatiya Forumu işə başlayıb

   İkinci Antalya Diplomatiya Forumu işə başlayıb
  11 Mart 2022    Oxunub:2068
Türkiyənin Antalya şəhərində ikinci Antalya Diplomatiya Forumu işə başlayıb.
AzVision.az xəbər verir ki, builki forumda 17 dövlət və hökumət başçısı, 80 nazir, 39 beynəlxalq təşkilat nümayəndəsi iştirak edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, forumun işində ümumilikdə 75 ölkədən nümayəndə yer alacaq.

Qeyd edək ki, ötən gün Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin münaqişə dövründə ilk görüşü keçirilmişdi.



AzVision.az


Teqlər:



Xəbər lenti