Xarkovda 200-dən çox dinc sakin həlak olub

   Xarkovda    200-dən çox dinc sakin    həlak olub
  12 Mart 2022    Oxunub:1468
Fevralın 24-də Rusiya ilə Ukrayna arasında müharibə başlayandan indiyədək Xarkov vilayətində 11-i uşaq olmaqla 201 nəfər ölüb.

AzVision.az xəbər verir ki, bu barədə Milli Polisin Baş İdarəsinin Xarkov vilayəti üzrə İstintaq İdarəsinin rəisi Sergey Bolvinov məlumat verib. Onun sözlərinə görə, son 24 saat ərzində 3-ü uşaq olmaqla 10 mülki şəxs həlak olub:
“Onlar hər qurbanın əvəzini ödəyəcəklər. Qurbanların adlarını heç vaxt unutmayacağıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti