Rusiya və Belarus: “Ukrayna istəsə, münaqişə həll oluna bilər”

      Rusiya və Belarus:    “Ukrayna istəsə, münaqişə həll oluna bilər”
  12 Mart 2022    Oxunub:991
“Minsk və Moskva hesab edirlər ki, Kiyev istəsə, Ukraynadakı münaqişə hər an həll oluna bilər”.
AzVision.az xəbər verir ki, bunu Belarus liderinin mətbuat katibi Natalya Eysmont Moskvada Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin arasında danışıqların yekunlarına dair açıqlamasında deyib. “Dövlət başçıları prioritet məsələ kimi, Ukraynaya diqqət yetirməklə, dünyada, regiondakı vəziyyəti ətraflı müzakirə etdilər. Bu kontekstdə əsas mövzulardan biri Belarusda gedən danışıqların gedişi, Rusiya və Ukrayna tərəflərinin mövqeləri olub”, - Eysmont bildirib.

O qeyd edib ki, bu mövzunun müzakirəsi çərçivəsində görüşə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski dəvət olunub. “Nəticələrə görə, yekdil rəy səslənib: Ukrayna tərəfi istəsə, münaqişə hər an həll oluna bilər”, - deyə sözçü bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Belarus   Ukrayna  



Xəbər lenti