Beynəlxalq Cinayət Məhkəməsi: 41 ölkə Rusiyaya qarşı

   Beynəlxalq Cinayət Məhkəməsi:    41 ölkə Rusiyaya qarşı
  12 Mart 2022    Oxunub:966
“Beynəlxalq Cinayət Məhkəməsində Ukraynadakı vəziyyətlə bağlı bəyanata Yaponiya və Şimali Makedoniya da qoşulub. Artıq 41 ölkə. Ədalət olacaq”.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın Baş prokuror İrina Venediktova bəyan edib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Ukraynadakı vəziyyətlə bağlı rəsmi araşdırmaya başlayıb. Artıq martın 7-də Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyanın Ukraynaya təcavüzü zamanı törətdiyi hərbi cinayətlərin araşdırılması üzrə ilk iclası keçirilib.

Xatırladaq ki, Ukrayna Roma Statutunun iştirakçısı olmasa da, əvvəllər verilmiş ərizələr əsasında onun “ad hoc” (müyyənetmə) yurisdiksiyasını tanıyıb. Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutu əsasında 1998-ci ildə qəbul edilib. Qurum 2002-ci il iyulun 1-də rəsmi fəaliyyətə başlayıb. Bu, ilk daimi beynəlxalq cinayət təşkilatıdır. Məhkəmə soyqırımı, hərbi, insanlığa qarşı cinayətləri və təcavüzü araşdırır. Məhkəmənin ofisi Haaqada yerləşir. O, BMT-nin strukturuna daxil olmasa da, qurumun Təhlükəsizlik Şurasının təqdimatı ilə cinayət işi aça bilər. Bu baxımdan onu BMT-nin Beynəlxalq Məhkəməsi ilə qarışdırmaq düz deyil.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Məhkəmə   Rusiya  



Xəbər lenti