ABŞ Venesuela iqtidarına şərt qoydu

ABŞ Venesuela iqtidarına şərt qoydu
  12 Mart 2022    Oxunub:872
Vaşinqtonun Venesuelaya qarşı sanksiyaların yumşaldılması məsələsinə baxması yalnız Karakas və müxalifət arasında danışıqlarda irəliləyişlə mümkündür.
AzVision.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. “Biz Venesuela xalqının həqiqi demokratiya istəklərinin reallaşdırılmasına yönəlmiş danışıqlarda əhəmiyyətli irəliləyiş olduğu halda, sanksiyalar siyasətinin bəzi aspektlərinə yenidən baxacağımızı söylədik”, - deyə sözçü bildirib.

Daha əvvəl “Reuters” xəbər agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, Amerika hökumət heyəti ötən həftəsonu Venesuela paytaxtına səfər edib. Qeyd olunub ki, ABŞ nümayəndələri Venesuela rəhbərliyi ilə neft ixracı ilə bağlı Karakasa qarşı sanksiyaların yumşaldılması imkanlarını müzakirə ediblər, lakin razılığa gəlməyiblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti