Ukraynada Rusiyanın 31 taktik tabur dəstəsi dağıdılıb
“Düşmənin Polesye, Siversk, Cənubi Buq istiqamətlərində canlı qüvvə və texnika sarıdan xeyli itki verərək qarşısı alınıb, indi də əvvəl tutduğu mövqelərdə dayaq qazanmağa çalışır. Rusiya Silahlı Qüvvələrinin bölmələri ruhdan düşüb, şəxsi heyətin mənəvi vəziyyəti davamlı olaraq zəifləyir, onlar arasında qrup şəklində təslimolma halları qeydə alınır. Son 3 gün ərzində qarşı tərəfdən kiçik fərari dəstələrinin dövlət sərhədinə sarı hərəkət etməsi müşahidə olunur”, - açıqlamada bildirilir.
AzVision.az
Teqlər: Ukrayna







Vaxtında, Aydın, Lazımlı!


