Ukraynada Rusiyanın 31 taktik tabur dəstəsi dağıdılıb

   Ukraynada Rusiyanın    31 taktik tabur dəstəsi dağıdılıb
  12 Mart 2022    Oxunub:944
Ukraynada müharibə başlayandan bu yana ölkə ərazisində fəaliyyət göstərən Rusiya ordusunun 31 taktik tabur dəstəsi döyüş qabiliyyətini itirib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının bu gün səhər açıqlamasında deyilir.

“Düşmənin Polesye, Siversk, Cənubi Buq istiqamətlərində canlı qüvvə və texnika sarıdan xeyli itki verərək qarşısı alınıb, indi də əvvəl tutduğu mövqelərdə dayaq qazanmağa çalışır. Rusiya Silahlı Qüvvələrinin bölmələri ruhdan düşüb, şəxsi heyətin mənəvi vəziyyəti davamlı olaraq zəifləyir, onlar arasında qrup şəklində təslimolma halları qeydə alınır. Son 3 gün ərzində qarşı tərəfdən kiçik fərari dəstələrinin dövlət sərhədinə sarı hərəkət etməsi müşahidə olunur”, - açıqlamada bildirilir.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti