Çavuşoğlu erməni həmkarı ilə görüşüb

   Çavuşoğlu erməni həmkarı ilə görüşüb
  12 Mart 2022    Oxunub:1227
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
AzVision.az xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Nazirlər iki ölkə arasında əlaqələrin bərpası və regional məsələləri müzakirə ediblər.

Çavuşoğlu Mirzoyanla görüşü müsbət qiymətləndirib:"Məmnuniyyətlə demək istəyirəm ki, biz Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstərməkdəyik. Regionda sülhün olması hər birimizin xeyrinədir. Erməni həmkarım ilə bu mövzuda danşıdım".

Mirzoyan M.Çavuşoğluna Antalya Diplomatiya Forumuna dəvət üçün təşəkkürünü bildirib: "İkitərəfli münasibətləri inkişaf etdirmək üçün qeyd-şərtsiz təmaslara davam edəcəyik. Ermənistan bölgədə sülhün bərqərar olmasında qərarlıdır".

AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  



Xəbər lenti