"ABŞ-ın üçüncü dünya müharibəsindən danışması əsəblərlə oynamaqdır"

 "ABŞ-ın üçüncü dünya müharibəsindən danışması əsəblərlə oynamaqdır"
  12 Mart 2022    Oxunub:1487
"ABŞ-ın üçüncü dünya müharibəsi ilə bağlı bəyanatları əsəblərlə oynamaq cəhdidir".AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
- Bu arada ABŞ-ın yüksək rütbəli məmuru üçüncü dünya müharibəsi təhlükəsindən açıq şəkildə danışır. Bu, əsəblərlə oynamaq cəhdidir. Bu, öz gündəmini bütün beynəlxalq ictimaiyyətə sırımaq cəhdidir. Bu xəttin destruktiv məqsədləri bizim üçün aydındır, - Ryabkov "Birinci Kanal"ın efirində deyib.

O həmçinin qeyd edib ki, Rusiyanın xüsusi hərbi əməliyyatları olmasaydı belə ABŞ sanksiyalar üçün bir iddia tapacaqdı.

Tural Tağıyev


Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti