Ruslar Ukrayna aerodromunu belə ələ keçirdi - VİDEO

 Ruslar Ukrayna aerodromunu belə ələ keçirdi -    VİDEO
  12 Mart 2022    Oxunub:1254
Rusiya Müdafiə Nazirliyi Ukraynda həyata keçirdiyi xüsusi əməliyyatla bağlı video yayıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media yazıb.
Qeyd edilir ki, görüntülərdə Hərbi Hava Desant Qüvvələrinin taktiki qoşunlarının enişi və Ukrayna ərazisindəki aerodromlardan birinə nəzarəti ələ keçirməsi əks olunub.

Afrikalı döyüşçülər Rusiyaya müraciət etdilər - VİDEO
- Hava-desant qüvvələrinin qabaqcıl bölmələri desant üsulu ilə helikopterlərdən enişlər həyata keçirib, aerodrom ətrafında dairəvi müdafiə təşkil edib və əsas desant qüvvələrinin qəbulunu təmin ediblər, - videonun altında yazılıb. Görüntülərdə Hava Desant Qüvvələri bölməsinin hərəkətləri, həmçinin atıcı silahlardan əlavə, tank əleyhinə idarə olunan sistemlər və minaatanlardan ibarət desantçıların silahları da əks olunub.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti