Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  12 Mart 2022    Oxunub:1317
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 070 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların say 1180, ikinci mərhələ üzrə vaksinasiya olunanların say 1656, üç və daha çox doza üzrə vaksinasiya olunanların say 18 163, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1071 nəfərdir.

Vurulan vaksinlərin ümumi say 13 246 942, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 313 384, ikinci mərhələ üzrə vaksinasiya olunanların say 4 802 388, üç və daha çox doza üzrə vaksinasiya olunanların say 2 913 043, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 218 127 nəfər təşkil edir.

AzVision.az



Teqlər: Peyvənd  



Xəbər lenti