Lavrov və Çavuşoğlu Ukraynadakı vəziyyəti müzakirə ediblər

Lavrov və Çavuşoğlu Ukraynadakı vəziyyəti müzakirə ediblər
  12 Mart 2022    Oxunub:1046
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər Ukrayna ətrafındakı durumu və son prosesləri müzakirə ediblər.

Qeyd edək ki, martın 10-da Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və üçtərəfli görüşü keçirilmişdi. Bu, həmin görüşdən sonra M.Çavuşoğlu və S.Lavrovun ilk telefon danışığıdır.

AzVision.az



Teqlər: Lavrov   Çavuşoğlu   Ukrayna  



Xəbər lenti