Türkmənistanda seçicilərin 86,34 faizi səs verib

Türkmənistanda seçicilərin 86,34 faizi səs verib
  12 Mart 2022    Oxunub:936
Bu gün Türkmənistanda keçirilən erkən prezident seçkisində seçicilərin böyük əksəriyyəti səs verib.
AzVision.az ölkənin Mərkəzi Seçki Komisiyasına istinadən xəbər verir ki, yerli vaxtla saat 15:00-a olan məlumata əsasən, seçicilərin 86,34 faizi, yəni 2,9 milyondan çoxu səs verib.

Balkan vilayətində seçicilərin 89,71, Ahal vilayətində 87,22, paytaxt Aşqabadda 86,76, Mərv vilayətində 86,7, Ləbab vilayətində 85,39, Daşoğuz vilayətində isə 85,15 faizi səsvermədə iştirak edib

Səsvermə yerli vaxtla saat 19-da başa çatacaq.

Xatırladaq ki, seçkilərdə ölkədə rəsmi qeydiyyatdan keçmiş üç partiyanı təmsil edən 9 namizəd iştirak edir. Seçkilərdə iştirak etmiş seçicilərin yarısından çoxu tərəfindən dəstəklənən namizəd seçkilərin qalibi sayılır. Yeni dövlət başçısının andiçmə mərasimi martın 19-da keçiriləcək.

AzVision.az



Teqlər: Türkmənistan   Seçkilər  



Xəbər lenti