Türkmənistanda seçkilər yekunlaşıb

Türkmənistanda seçkilər yekunlaşıb
  12 Mart 2022    Oxunub:1165
Türkmənistanda növbədənkənar prezident seçkiləri başa çatıb.
AzVision.az ölkənin Mərkəzi Seçki Komisiyasına (MSK) istinadən xəbər verir ki, yerli vaxtla saat 19:00-da seçki məntəqələri bağlanıb.

MSK-nın məlumatına görə, seçicilərin 97,12 faizi səsvermədə iştirak edib.

Xatırladaq ki, Türkmənistan prezidenti 7 il müddətinə seçilir. Yeni prezidentinin andiçmə mərasimi martın 19-da keçiriləcək.

Prezident vəzifəsinə 9 nəfər - üçü siyasi partiyalardan, altısı isə vətəndaşların təşəbbüs qruplarından namizədliyini irəli sürülüb.

AzVision.az



Teqlər: Türkmənistan   Seçkilər  



Xəbər lenti