Konqoda qatar qəzasında onlarla insan ölüb

Konqoda qatar qəzasında onlarla insan ölüb
  12 Mart 2022    Oxunub:1067
Konqo Demokratik Respublikasında yük qatarının qəzaya uğraması nəticəsində azı 60 nəfər ölüb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənub-şərqindəki Lualaba əyalətinin Lubudi dairəsində ötən gün gecə saatlarında on vaqondan ibarət qatar maili ərazidəki yolda relsdən çıxaraq dərəyə aşıb.

Hadisə yerinə gələn xilasedicilər aşmış vaqonlar altından meyitləri çıxarıblar.

Yerli rəsmilər bildirir ki, ölkədə yük qatarlarına sərnişin mindirmək qadağandır, lakin qaydaya o qədər də əməl olunmur. Dəmir yollarının baxımsız vəziyyətdə olması da qəzaların artmasının səbəbidir.

AzVision.az



Teqlər: Konqo   Qəza  



Xəbər lenti