Zelenski: “NATO Ukraynanın üzvlüyü ilə bağlı yekdil mövqe nümayiş etdirmir”

   Zelenski:   “NATO Ukraynanın üzvlüyü ilə bağlı yekdil mövqe nümayiş etdirmir”
  12 Mart 2022    Oxunub:1613
Ukrayna Prezidenti Vladimir Zelenski NATO-da Ukraynanın üzvlüyü ilə bağlı yekdil, razılaşdırılmış mövqeyin olmadığını deyib.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə xarici KİV üçün keçirdiyi mətbuat konfransında açıqlama verib.

“Ukraynanın üzvlüyü ilə bağlı razılaşdırılmış mövqe görmürəm. Eşitmirəm. Hətta hava məkanın bağlanması mövzusunda da. NATO liderləri üçün xırda olan və ukraynalılar üçün həyati vacib olan belə məsələlərdə, hava məkanın bağlanmasında da yekdil mövqe yoxdur”.

AzVision.az



Teqlər: Zelenski   NATO  



Xəbər lenti