Peskov: Rusiya və Ukrayna arasında danışıqlar videoformatda keçirilir
“Bəli, danışıqlar videoformatda davam edir, nümayəndə heyətinə (Rusiya Federasiyası Prezidentinin köməkçisi-red) Vladimir Medinski başçılıq etməkdə davam edir”, - Peskov bildirib.
“Hələlik təfərrüatları şərh etməkdən çəkinirik”, - Peskov əlavə edib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski danışıqların keçmiş “Belovejsk formatı”nda olub-olmaması ilə bağlı suala müsbət cavab verib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


