Rusiya ordusu Ukraynada 3593 hərbi obyekti məhv edib

Rusiya ordusu Ukraynada 3593 hərbi obyekti məhv edib
  12 Mart 2022    Oxunub:969
Rusiya Silahlı Qüvvələri Ukraynanın 3593 hərbi obyektini məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

"Əməliyyat zamanı ümumilikdə Ukraynanın hərbi infrastrukturunun 3593 obyekti sıradan çıxarılıb", - Konaşenkov qeyd edib.

General-mayor bildirib kİ, 126 pilotsuz uçuş aparatı, 1159 tank və digər zirehli döyüş maşını, 118 reaktiv yaylım atəş sistemi, 436 səhra artilleriya qurğusu və minaatan, 973 ədəd xüsusi təyinatlı hərbi texnika, o cümlədən 61 helikopter məhv edilib.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti