Xersonda Rusiyanın iki vertolyotu vurulub

Xersonda Rusiyanın iki vertolyotu vurulub
  12 Mart 2022    Oxunub:1209
Ukraynanın Xerson vilayətində Rusiyanın iki helikopteri vurulub.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus helikopterləri Xerson vilayətinin Skadovski rayonu səmasında zərərsizləşdirib.

Helikopterin birinin pilotu ölüb, digərinki isə yaralı halda əsir götürülüb və xəstəxanaya aparılıb.

Məlumata görə, Rusiya aviasiyasının bu günə qədər 140-dan çox texnikası sıradan çıxarılıb.

AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Müharibə  



Xəbər lenti