Zelenski: "Mariupol tam blokadadadır"

    Zelenski:    "Mariupol tam blokadadadır"
  13 Mart 2022    Oxunub:1111
“Azov dənizinin sahilində Ukraynanın ən böyük şəhəri Mariupol tam blokadadadır”.
AzVision.az Ukrayna mərbuatına stinadən xəbəre verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində deyib.

Onun sözlərinə görə, şəhər gecə-gündüz atəşə tutulur.

“Rus qoşunları Mariupolu raketlərlə vururlar. Onlar Mariupolda hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir. Nə üçün?”, - deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, müharibə zamanı artıq onlarla xəstəxana, yüzlərlə məktəb, uşaq bağçası və universitetlər dağıdılıb.

AzVision.az



Teqlər: Ukrayna   Mariopol  



Xəbər lenti