Putin: `Daha səbrim tükəndi`

Putin: `Daha səbrim tükəndi`
  12 Aprel 2014    Oxunub:1637
Rusiya prezidenti Vladimir Putin 18 ölkə liderinə məktub ünvanlayıb. Məktubda yazılanlara ən sərt mövqe sərgiləyən isə ABŞ prezidenti Barak Obama olub.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi Moskva Ukraynanı qaz borcunu vermədiyini görə qaz verilməsini kəsəcəyi ilə hədələyib. O, bunun bütün Avropaya da böyük təsir edəcəyini bildirib. Bu açıqlamaya etiraz edən Obama Rusiyanı təbii sərvətlərdən təzyiq kimi istifadə etməkdə günahlandırıb.
Putin 18 Avropa liderinə göndərdiyi məktubda Ukraynanın 2.2 milyard dollarlıq qaz borcuna görə, səbrinin tükəndiyini dilə gətirib.

Bu arada Barak Obama dünən Almaniya kansleri Angela Merkellə telefon söhbətində ABŞ, Avropa Birliyi və digər dostlarıyla Rusiyanın əməllərinə daha sərt sanksiyalarla qarşılıq verməyin lazım olduğunu bildirib.

Emin Piri



Teqlər:  





Xəbər lenti