Britaniyada ukraynalılara sığınacaq verən ailələrə pul ödəniləcək

   Britaniyada ukraynalılara sığınacaq verən ailələrə pul ödəniləcək
  13 Mart 2022    Oxunub:936
Böyük Britaniya hökuməti “Ukrayna üçün evlər” proqramı çərçivəsində ukraynalı qaçqınlara sığınacaq verəcək sadə britaniyalı ailələrə ayda 350 funt-sterlinq ödəyəcək. Bu barədə “Daily Mail” məlumat yayıb.
Xüsusilə, “Ukrayna üçün evlər” proqramına əsasən, ukraynalıları ən azı 6 ay pulsuz mənzillə təmin edən ingilislər, nə qədər qaçqın qəbul etməsindən asılı olmayaraq, ayda 350 funt-sterlinq alacaqlar.

Ukraynalı qaçqınlara Böyük Britaniyada üç il qalmaq, işləmək və dövlət xidmətlərindən istifadə etmək icazəsi veriləcək.

Həmçinin martın 13-də ingilislərin mənzil təkliflərini qeydiyyatdan keçirə biləcəkləri internet saytı fəaliyyətə başlayacaq. Bütün ukraynalılar təhlükəsizlik yoxlamasından keçməlidirlər.

Eyni zamanda, təhlükəsizlik xidməti rəhbərləri artıq viza tələblərinin yumşaldılmasından narahat olduqlarını bildiriblər.

AzVision.az


Teqlər:



Xəbər lenti