“Qatillər, evə gedin” : Xerson sakinləri rus hərbçilərinə belə etiraz etdi - VİDEO

    “Qatillər, evə gedin” : Xerson sakinləri rus hərbçilərinə belə etiraz etdi -    VİDEO
  13 Mart 2022    Oxunub:1068
Xersonun silahsız sakinləri şəhərin Rusiya tərəfindən ələ keçirməsinə qarşı mitinqə çıxıblar. İnsanlar “Xerson Ukraynadır” şüarları səsləndirərək rus hərbçilərin dərhal şəhəri tərk etmələrini tələb ediblər.
Bununla bağlı görüntülər yerli Telegram kanallarından biri tərəfindən yayımlanıb.Şəhər əhalisi rus tanklarının qarşısına çıxaraq "Burada nə edirsiniz? Qatillər, evə gedin" deyə etiraz edirlər.

Rus hərbçilər isə etirazçılara səssizcə tamaşa ediblər.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti