Britaniyalı polkovnik Putinin öldürülməsini təklif etdi

   Britaniyalı polkovnik    Putinin öldürülməsini    təklif etdi
  13 Mart 2022    Oxunub:1118
Britaniya ordusunun keçmiş komandanı polkovnik Riçard Kemp deyib ki, Qərb Vladimir Putinin öldürülməsi ehtimalını istisna etməməlidir. Bu barədə Daily Mail yazır.
O hesab edir ki, Putinin öldürülməsi minlərlə insanın həyatını xilas edə bilər. Ona görə də NATO və Qərb müttəfiqləri bu ehtimalı istisna etməməlidir.

"Üsamə bin Laden, İslam Dövlətinin başçısı Əbu Bəkr əl-Bağdadi və İran Respublikası Qvardiyasının komandiri Qasım Süleymani Qərb üçün birbaşa təhdid idi. Onların hamısı bu təhdidlərə qarşı durmaq üçün öldürüldülər. Putin daimi və ölümcül təhlükədir”, - Kemp bildirib.

Putini devirmək, həbs etmək və ya mühakimə etmək olar. Lakin Kempin fikrincə, bu mümkün deyil.

“Əgər söhbət qətldən gedirsə, bu, çoxları üçün xoşagəlməz ola bilər. Ancaq onun həyatının Ukraynada və başqa yerlərdə öldürdüyü minlərlə insanın həyatından böyük dəyəri yoxdur və gələcəkdə də öldürə bilər”, - polkovnik qeyd edib.

O, həmçinin əmindir ki, Putinin oliqarxlarına kifayət qədər təzyiq “saray çevrilişinə” səbəb ola bilər.

Xatırladaq ki, daha əvvəl amerikalı senator Lindsi Qrem efirdə Vladimir Putini zərərsizləşdirməyə çağırmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti