SIPRI: Azərbaycan silah idxalına görə dünyada 37-ci yeri tutub

      SIPRI:    Azərbaycan silah idxalına görə dünyada 37-ci yeri tutub
  14 Mart 2022    Oxunub:1670
Son illərdə Azərbaycan silah idxal edərək hərbi potensiallarını artırıb. 2017-2021-ci illərdəAzərbaycanın silah idxalının 61%-i İsrailin payına düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bu gün dərc olunan hesabatında deyilir. Qeyd olunub ki, Azərbaycan son beş ildə silah idxalına görə dünyada 37-ci yeri tutub.Hesabata görə dünyanın əsas silah ixracatçıları dəyişməz olaraq qalır: ABŞ, Rusiya, Fransa, Çin və beşinci yerdə Almaniya. Silah idxalı Avropada 19, Şərqi Asiyada 20, Okeaniyada isə 59% artıb.

Qeyd edək ki, Azərbaycan İsraildən AIL Storm (“Sufa”) nəqliyyat vasitəsi, 160 mm-lik Lynx LAR və Lynx Extra raket sistemləri, 155 mm-lik “Atmos-2000”, “Semser” haubitsası, 120 mm-lik “Cardom” minaatanı, İMİ Shipon və “Spayk” tank əleyhinə raketləri, UZİ markalı tapança-pulemyot, Tavor TAR-21 və Tavor MTAR-21 kimi avtomat tüfəngləri, “Harop” silahlarını, “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatlarını, “Barak-8” ZRK raketini, “Sand Cat” və “Samson MLS” döyüş modulu 4×4, 6×6, 8×8 təkər formuluna malik döyüş maşınlarını, T-72SİM1 tankını, hava hücumuna və raket hücumlarına qarşı “Dəmir gümbəz” komplekslərini alıb.


AzVision.az



Teqlər: SIRPI  



Xəbər lenti