Zelenskidən NATO-ya müraciət: “Raketlər sizin də evlərinizə düşəcək”

      Zelenskidən NATO-ya müraciət:    “Raketlər sizin də evlərinizə düşəcək”
  14 Mart 2022    Oxunub:1207
“Əgər NATO səmamızı bağlamasa, o zaman Rusiya raketləri Alyans ölkələrinin vətəndaşlarının evlərinə düşəcək”. AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Prezident xatırladıb ki, bu gün ukraynalıların müstəqillik uğrunda mübarizəsinin 18-ci günüdür:
“Bu günün başlanğıcı qara oldu. Şərqdən qərbə doğru ölkəmizin ərazilərinə havadan bombalar düşüb. Təkcə Lvov vilayətinə 30 raket atılıb. Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb. Orada Rusiyanın ərazisini təhdid edə biləcək heç nə baş verməyib və oradan cəmi 20 km aralıda NATO sərhədləri var”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, keçən il o, NATO liderlərinə xəbərdarlıq edib ki, əgər Rusiyaya qarşı sərt qabaqlayıcı sanksiyalar olmasa, o, müharibəyə başlayacaq:
“Biz haqlı idik. Mən uzun müddətdir deyirəm ki, "Şimal axını 2" bütün Avropanı vuracaq silahdır. İndi bu, göz qabağındadır. İndi də təkrar edirəm: səmamızı bağlamasanız, Rusiya raketləri sizin ərazinizə, NATO ərazisinə, NATO ölkələrinin vətəndaşlarının evlərinə düşməsi zaman məsələsidir”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ukrayna  



Xəbər lenti