Ukraynada müharibədə ölən uşaqların sayı açıqlanıb

   Ukraynada müharibədə ölən uşaqların sayı açıqlanıb
  14 Mart 2022    Oxunub:1190
Rusiyanın Ukraynada 19 gün ərzində apardığı hərbi əməliyyatlar nəticəsində indiyədək 90 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb.
AzVision.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu bildirib.

Məlumata görə, uşaqlar daha çox Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Mikolayev və Jitomir vilayətlərində hücumun qurbanı olub, xəsarət alıblar.

Bildirilib ki, 379 tədris müəssisəi bombalanıb və atəşə məruz qalıb.

AzVision.az


Teqlər:



Xəbər lenti