ÜST pandemiyanın nə zaman bitəcəyini təhlil edib

      ÜST    pandemiyanın nə zaman bitəcəyini təhlil edib
  14 Mart 2022    Oxunub:1931
Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) pandemiyanın nə zaman və necə sona çatacağını təhlil etməyə başlayıb. AzVision.az xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb.
Bildirilir ki, səhiyyə ekspertləri Covid19 böhranının nə zaman və necə sona çatacağını müzakirə ediblər. Mütəxəssislər tədqiqatlar apardıqdan sonra virusun aşkarlanmasından 2 ildən artıq müddət keçən bir müddətdə yeni mərhələ ilə üzləşəcəklərini müəyyən ediblər.
ÜST bildirib ki, bu istiqamətdə hələlik konkret açıqlama verilməyib.

Xatırladaq ki, əksər bölgələrdə yoluxma faktı azaldığı halda, Honq-Konqda ölüm halları kəskin artıb. Çinin verdiyi məlumata əsasən son həftə ərzində gündəlik yoluxma halları 2 ildə ilk dəfə olaraq 1000-i ötüb.

Dünyada isə ölkələrin çoxu normal sosial həyata qayıtmaq üçün müəyyən irəliləyiş əldə ediblər.Bir sıra ölkələrdə maskaya dair qadağalar ləğv edilib, virusdan qorunmaq üçün müəyyən qaydalar tətbiq olunub. Bir çox ölkələr səyahətlərə bağlanmış sərhədlərini açıb.

Asiya ölkələri isə yoluxmanın rekord səviyyəsindədir. Hələ də Asiyanın bir çox dövləti rekord səviyyədə yoluxmalar barədə məlumatlar verir.

Almaniyada da yoluxma həddi artıq rekord həddə çatıb. ÜST bildirib ki, ötən həftə Covid 19 üzrə 10 milyondan çox yoluxma, 52000 ölüm faktı qeydə alınıb.

Aytən Əzimova
AzVision.az



Teqlər: ÜST  



Xəbər lenti