Ukrayna-Rusiya danışıqları sabah da davam edəcək

   Ukrayna-Rusiya danışıqları sabah da davam edəcək
  14 Mart 2022    Oxunub:923
Rusiya-Ukrayna danışıqlarının növbəti raundu başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib. Onun sözlərinə görə, danışıqlara sabaha qədər fasilə verilib: "İşçi alt qruplarda əlavə fəaliyyət və anlayışların aydınlaşdırılması üçün danışıqlarda sabaha qədər texniki fasilə verilib".

Görüşdə atəşkəsin əldə edilməsi, Ukrayna ərazisindən Rusiya qoşunlarının dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında məsələlər müzakirə edilib.

AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti