Kuleba dəstəyə görə Türkiyəyə təşəkkür etdi

 Kuleba dəstəyə görə Türkiyəyə təşəkkür etdi
  14 Mart 2022    Oxunub:1087
Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
AzVision.az -ın xəbərinə görə, bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib:

"Mövlud Çavuşoğlu Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Türkiyənin davam edən səyləri barədə mənə məlumat verdi. Biz, Ukraynada sülhün bərqərar edilməsi üçün birgə addımlarımızın koordinasiyasının davam etdirilməsinə razılaşdıq. Bu çətin zamanda göstərdiyi həmrəyliyə görə Türkiyəyə təşəkkür edirəm" - D. Kuleba qeyd edib.

AzVision.az


Teqlər: Ukrayna   Türkiyə  



Xəbər lenti