- Rusiya qaz ixracını tamam dayandırsa, Qərb iflic olacaq. Qərbin kənd təsərrüfatı sahəsində də Rusiyaya ehtiyacı var. Düşünürəm ki, bu mövzular masada müzakirə olunacaqlar. Bütün bunları hesaba vuranda Rusiyanın bu sanksiyalardan o qədər də dəhşətli zərbə alacağını sanmıram.
- Bəzi ekspertlər bu sanksiyaların Rusiya ilə qonşu ölkələrə də təsir edəcəyini proqnozlaşdırırlar. Bu barədə nə düşünürsünüz?
“Sanksiyalar yeni şanslar yaradacaq” – Türkiyəli keçmiş nazir (AUDİOKAST) |
- Böhran Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələrinə necə təsir edə bilər?
- Bu regionda yerləşən ölkələrin ən böyük resursları faydalı qazıntılardır. Siz bunlardan özünüzü necə məhrum edə bilərsiniz? Bütün bunlar yeni çatların ortaya çıxmasına səbəb ola bilər. Qonşu ölkələr öz cazibə mərkəzləri kimi Rusiyanı seçəcəklər. Qərbin tərəfini tuta bilməzlər, bu, çox böyük riskdir. Ukraynanın başına gələnləri hamı gördü. Qərb tərəfindən o qədər dəstək sözləri deyilməsinə baxmayaraq, Ukraynaya heç kim arxa durmadı. Çünki hər hansı bir müdaxilə üçüncü dünya müharibəsinə gətirib çıxaracaqdı.
Fikrimcə, Mərkəzi Asiya və Xəzərətrafı ölkələr Rusiya ilə münasibətləri isti saxlamaqda davam edəcəklər. Bu, həm də qonşuluq əlaqələridir. Bu ölkələrdən hansısa birinin Qərbə sığınması Rusiyanın təhlükəsizliyinə dərin təsir edə bilər. Ukrayna müharibəsinin ən birinci səbəblərindən biri də bu idi.
- Azərbaycanın istər birbaşa, istərsə də dolayı yolla bu sanksiyaların təsirinə düşməsi ehtimalı yarana bilərmi?
- Cənab İlham Əliyevin xarici siyasəti bu günə qədər təmkini ilə seçilib. Bu təmkinliyi eyni ölçüdə Türkiyə də göstərdi. Azərbaycanın Türkiyə ilə birlikdə çıxdığı zirvədə hansısa sanksiyaya məruz qalması ehtimalı görünmür. Diplomatiya əslində ağıl və gedişlər oyundur. Azərbaycan “Rusiyadan üz döndərirəm və ancaq Qərblə işlərimi görəcəyəm” deməyəcək, deyə də bilməz. Bu, Rusiyaya qonşu olan digər ölkələrə də aiddir. Eyni zamanda, Azərbaycanın sahib olduğu gücü həm Rusiya, həm də Qərb bilir. Bu səbəbdən, balanslaşdırılmış siyasət, millətini, dövlətini qurtaracaq siyasi strategiya əksinə, Azərbaycan üçün geniş fürsətlər yaradacaq. Azərbaycanın diplomatiyadakı hazırkı vəziyyəti son dərəcə uğurlu və təqdirəlayiqdir.
- Dünyada yeni iqtisadi düzənin yarana biləcəyi haqda fikirlərlə razılaşırsınızmı?
- Tamamilə. Bu müharibə özü ilə birlikdə yeni qaydalar da gətirəcək, yeni paktlar yaradacaq. Məsələn, Rusiya bundan sona ixracatını dollarla yox, rublla etsə, kim nə deyə bilər? Avropanın rus qazından imtinası çox çətin məsələdir. Amma Rusiyaya ödənişi necə edəcəklər? Bu səbəbdən, önümüzdəki günlərdə yeni mübadilə sxemlərindən danışa biləcəyik. Çünki əgər Rusiya Qərbin məcburən almalı olduğu qazın ödənişini rubl ilə tələb etsə, bütün sxemlər pozulacaq.
- Rusiya bu sanksiyalara, dünya isə onun əks təsirinə nə qədər dözə bilər?
- Müharibədən öncə verilən açıqlamalar Rusiyanın sanksiyalara hazır olduğunu göstərirdi. Sanksiyları dərinləşdirmək bütün ölkələri çətinə salacaq, çünki qarşılıqlı bağlılıqlar var. Əslində müharibənin qırılma nöqtələrindən də çox şey asılıdır. Müharibənin qırılma nöqtələri özləri ilə birlikdə yeni reallıqlar gətirə bilər. Əgər partizan müharibəsinə çevrilərsə, vəziyyət başqa məcraya keçəcək. Legionerlər döyüşəcək, yoxsa könüllülər? Hazırda Rusiya Qərbdən Ukraynaya hərbi yardımın dayandırılmasını tələb edir. Danışıqların çərçivəsi də bəllidir. İki tərəfdən biri şərtlərlə razılaşmalıdır. Əgər Ukrayna şərtlərlə razılaşsa bir cür, Rusiya razılaşarsa, başqa cür nəticələr görəcəyik.
Bəxtiyar Məmmədov
AzVision.az