"Burada sizə yalan danışırlar"- Rusiyada redaktor canlı efirə çıxdı

   "Burada sizə yalan danışırlar"-    Rusiyada redaktor canlı efirə çıxdı
  14 Mart 2022    Oxunub:1660
Rusiyanın "Birinci kanal"ında xəbərlər proqramının axşam buraxılışı zamanı redaktor Marina Ovsyannikova əlində plakatla canlı yayıma müdaxilə edib.
AzVision.az xəbər verir ki, plakatda "Müharibəni dayandırın. Təbliğata inanmayın. Burada sizə yalan danışırlar" cümlələri yazılıb.

Daha sonra Marina Ovsyannikova izləyicilərə müraciət edib. O bildirib ki, Ukraynada aparılan əməliyyatlar cinayətdir və Rusiya təcavüzkardır. O, əlavə edib ki, onun anası rus, atası isə ukraynalıdır. Və onlar heç vaxt düşmən olmayıblar. Jurnalist qardaş xalqların müharibəsini dayandırmağa və sülhə çağırış edib.

M. Ovsyannikova illər ərzində rus xalqının televiziya efirindən aldadılmasına görə üzr istəyib.





AzVision.az


Teqlər:



Xəbər lenti