Moskva Slovakiyada abidənin təhqiri ilə bağlı cinayət işi açdı

Moskva Slovakiyada abidənin təhqiri ilə bağlı cinayət işi açdı
  15 Mart 2022    Oxunub:951
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Slovakiyada sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin təhqir olunmasına reaksiya verib. AzVision.az xəbər verir ki, Bastrıkin abidənin təhqir olunması faktı ilə bağlı cinayət işinin açılmasına göstəriş verib.
Qeyd olunur ki, "bədxahların əməlləri SSRİ-nin İkinci Dünya Müharibəsi illərində fəaliyyəti və faşizm üzərində qələbədə həlledici rolunun tarixi yaddaşının qorunması sahəsində Rusiyanın maraqlarına qarşı yönəlib".

- Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr İvanoviç Bastrıkin Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə cinayət işi çərçivəsində baş verənlərin bütün hallarını müəyyən etməyi, habelə Rusiya Xarici İşlər Nazirliyindən istintaq üçün zəruri olan məlumatları tələb etməyi tapşırıb, - məlumatda deyilir.

Xatırladaq ki, martın 2-dən 3-nə keçən gecə Bratislavadakı "Slavin" hərbi memorial kompleksində sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidə təhqir edilib. Naməlum şəxslər abidəyə boya atıblar. Rusiya saytları boyanın mavi və sarı rəngdə olmasını Ukrayna bayrağı ilə əlaqələndirib. “Slavin” hərbi memorial kompleksində Slovakiyada nasistlərlə döyüşlərdə həlak olmuş 6845 Qırmızı Ordu əsgəri dəfn edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Abidə   Slovakiya  



Xəbər lenti