Moskva Slovakiyada abidənin təhqiri ilə bağlı cinayət işi açdı
- Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr İvanoviç Bastrıkin Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə cinayət işi çərçivəsində baş verənlərin bütün hallarını müəyyən etməyi, habelə Rusiya Xarici İşlər Nazirliyindən istintaq üçün zəruri olan məlumatları tələb etməyi tapşırıb, - məlumatda deyilir.
Xatırladaq ki, martın 2-dən 3-nə keçən gecə Bratislavadakı "Slavin" hərbi memorial kompleksində sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidə təhqir edilib. Naməlum şəxslər abidəyə boya atıblar. Rusiya saytları boyanın mavi və sarı rəngdə olmasını Ukrayna bayrağı ilə əlaqələndirib. “Slavin” hərbi memorial kompleksində Slovakiyada nasistlərlə döyüşlərdə həlak olmuş 6845 Qırmızı Ordu əsgəri dəfn edilib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


