Ukraynada günə 2 min dollara döyüşən muzdlu axtarılır

  Ukraynada günə    2 min dollara döyüşən muzdlu    axtarılır
  15 Mart 2022    Oxunub:1293
ABŞ-a məxsus şirkətlərdən biri döyüş təcrübəsi olanlar üçün Ukraynaya dair "iş elanı" yerləşdirib. Elanda bildirilir ki, professional döyüşçülərə gününə min dollardan iki min dollara qədər pul təklif edilir.
Muzdlular, yoxsa “könüllülər”? Rusiyanın ikili standartları – VİDEO
Namizədlərə qoyulan tələblər arasında beş il hərbi xidmətdə və ya özəl hərbi şirkətdə iş təcrübəsi, ən azı bir il xaricdə əməliyyatlarda döyüş təcrübəsinin olması da yer alıb.
Bundan başqa, həm də yaxşı fiziki hazırlıq, ərazini qavramaq bacarığı, sovet silahlarını bilmək, kəşfiyyat və əks-kəşfiyyat təcrübələri də şərt kimi qoyulub.
Tapşırıqlar arasında "insanların təxliyəsi üçün gizli əməliyyatlar" da var, - RİA Novosti yazıb.

Qeyd edək ki, martın 13-də Rusiya hərbçiləri Ukrayna silahlı qüvvələrinin Starıçi kəndindəki təlim mərkəzlərinə və Lvov vilayətindəki Yavorovski hərbi poliqonuna uzaqmənzilli silahlardan zərbə endirdiklərini bəyan etmişdilər. Qeyd edilirdi ki, 180 əcnəbi muzdlu və çoxlu sayda xaricdən gətirilmiş silah məhv edilib. Rusiya Müdafiə Nazirliyi isə Ukrayna ərazisinə gələn xarici muzdluları məhv etməyə davam edəcəyinə söz verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna   Muzdlu  



Xəbər lenti