"4 təyyarə, 6 helikopter olan anqarlar məhv edilib" - Rusiyalı general

   "4 təyyarə, 6 helikopter olan anqarlar məhv edilib" -    Rusiyalı general
  15 Mart 2022    Oxunub:1153
Rusiya silahlı qüvvələri Ukrayna qoşunlarının Kramatorsk yaxınlığındakı aerodromunu vurub. AzVision.az xəbər verir ki, bu barədə yerli mediaya Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə hücum nəticəsində dörd Su-25 təyyarəsi və altı helikopter məhv edilib.

- Kramatorsk yaxınlığındakı hərbi aerodromda Ukraynaya məxsus 4 Su-25 hücum təyyarəsi, bir Mi-24 helikopteri və 5 Mi-8 helikopterinin olduğu üç anqar məhv edilib, - Konaşenkov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   Anqar  



Xəbər lenti