Berdıməhəmmədovun oğlu Türkmənistanın prezidenti seçildi

 Berdıməhəmmədovun oğlu Türkmənistanın prezidenti seçildi
  15 Mart 2022    Oxunub:1283
Türkmənistanda yeni prezident bəlli olub. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Türkmənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinad edən saytlar hazırkı prezident Qurbanqulu Berdıməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdıməhəmmədov ölkənin yeni prezidenti seçildiyini yazıblar.
MSK Sərdar Berdıməhəmmədovun seçicilərin 72,97%-nin səsini qazandığını bəyan edib.

Qeyd edək ki, martın 12-də Türkmənistanda prezident seçkiləri keçirilib ki, burada da qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib.
MSK-nın məlumatına görə, prezidentlik kürsüsü uğrunda 9 namizəd mübarizə aparıb.

AzVision.az



Teqlər: Prezident   Seçki  



Xəbər lenti