"Xerson vilayətini tam şəkildə ələ keçirdik" - Rusiyalı general

   "Xerson vilayətini tam şəkildə ələ keçirdik" -    Rusiyalı general
  15 Mart 2022    Oxunub:870
Rusiya hərbçiləri xüsusi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinin bütün ərazisini tam nəzarətə götürüblər. AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov jurnalistlərə verdiyi açıqlamada məlumat verib.
Nazirlik rəsmisi onu da əlavə edib ki, "Donetsk Xalq Respublikası" qoşun qrupları öz növbəsində hücumu davam etdirərək ukraynalıların müdafiəsini yarıb və Panteleymonovka yaşayış məntəqəsini nəzarətə götürərək Verxnetoretskoye-Novoselovka-2 xəttinə çatıblar.

Kiyevin itkiləri ilə bağlı yeni statistika: 136 PUA, 1306 tank
Xatırladaq ki, Rusiya hərbçiləri martın 2-də Xersonun regional mərkəzinə daxil olmuşdu. Bundan sonra sosial obyektlərin işinin saxlanılması, asayişin və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şəhər rəhbərliyi ilə danışıqlara başlanılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti