"Makron özünü Zelenskiyə oxşadır" - Daily Mail

   "Makron özünü Zelenskiyə oxşadır" -    Daily Mail
  15 Mart 2022    Oxunub:3230
Britaniyanın "Daily Mail" qəzeti Fransa prezidenti Emmanuel Makron haqqında maralı bir məqalə dərc edib. Nəşr Makronun Avropanın ən çox müzakirə olunan siyasətçisindən - ukraynalı həmkarından "üslub məsləhətləri" almağa başladığını yazıb.
Qeyd edilir ki, Fransa lideri həmişə ictimaiyyətə təraş olunmuş vəziyyətdə və qüsursuz kostyumda görünürdü. Lakin son fotoşəkilləri prezidentin ənənəvi imicini pozduğundan xəbər verir.

Makron Ukraynanın Aİ-yə niyə qəbul olunmamasını izah etdi
Fotolarda Makronun Yelisey sarayında tünd "kapüşon" və cins şalvarda masa arxasında oturduğunu görünür. Üstəlik dağınıq saçları təraş da olunmayıb.

Məqalə müəlliflərinin fikrincə, Fransa rəhbəri Rusiyanın Ukraynada müharibə aparması fonunda ən çox müzakirə olunan simaya çevrilən, xalqa videomüraciətləri zamanı həmişə adi köynək və gödəkçə geyinən Vladimir Zelenskidən nümunə götürmək qərarına gəlib.

Qeyd olunur ki, bir çox internet istifadəçisi Makronun bu jestini yüksək qiymətləndirsə də, Fransa liderini qınayanlar da olub.

- Müharibə qızışdıqca və Ukrayna prezidentinə ictimai heyranlıq gücləndikcə, Boris Consonun da sviter və cins şalvarda İcmalar Palatasının qarşısına çıxsa təəccüblənməyin! - nəşr yazıb.




Tural Tağıyev
AzVision.az


Teqlər:   Makron   Zelenski   Fransa  



Xəbər lenti