"Livanlılar Rusiyanın Ukraynadakı əməliyyatlarına hazırdır" - RİA Novosti

   "Livanlılar Rusiyanın Ukraynadakı əməliyyatlarına hazırdır" -    RİA Novosti
  15 Mart 2022    Oxunub:910
Livanda Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlarında iştirak etmək istəyən könüllülərin siyahılarının hazırlanmasına başlanılıb. AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbəsinə istinadən məlumat yayıb.
Sayt qeyd edir ki, Donbasın müdafiəsi əməliyyatlarında iştirak etmək üçün Livandan könüllülərin gətirilməsinə hesablanmış ilk siyahı həftənin sonunda yekunlaşa bilər.

Afrikalı döyüşçülər Rusiyaya müraciət etdilər - VİDEO
Xatırladaq ki, bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan etmişdi ki, müxtəlif ölkələrdən olan çoxlu sayda könüllülər xüsusi azadetmə əməliyyatında iştirak etmək arzusunda olduqlarını deyirlər. Nazir qeyd edib ki, müraciətlərin sayı 16 mini ötüb. Onların əksəriyyəti Yaxın Şərqdəndir.

Rusiya Prezidenti Vladimir Putin isə Ukraynadakı münaqişəyə könüllülərin cəlb edilməsinə razılıq verib. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putin qeyd edib ki, Ukraynanın qərbli sponsorları münaqişədə iştirak üçün muzdluların Ukrayna ərazisinə göndərilməsini gizlətmirlər.

“Ona görə də görsəniz ki, xüsusən də pul qarşılığında yox, könüllü olaraq gəlib Donbassda yaşayan insanlara kömək etmək istəyən var, onları qarşılayıb bu şəxslərin döyüş bölgəsinə göndərilməsinə kömək etmək lazımdır”, – deyə Vladimir Putin söyləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Livan  



Xəbər lenti