Müharibə Ukraynaya yarım trilyon dollar ziyan vurub

 Müharibə Ukraynaya  yarım trilyon dollar  ziyan vurub
  15 Mart 2022    Oxunub:1303
Ukrayna müharibəyə görə ölkəyə dəyən maddi ziyanın həcmini açıqlayıb. Hərbi əməliyyatlar nəticəsində itkilərin ilkin olaraq azı 500 milyard dollar təşkil etdiyi bildirilir. Lakin bu məbləğ də yekun rəqəm sayılmır.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko KİV-ə müsahibəsində məlumat verib.

Kiyevin itkiləri ilə bağlı yeni statistika: 136 PUA, 1306 tank
- Bir çox logistika zəncirləri tamamilə pozulub, xeyli müəssisə dağıdılıb, bəziləri isə sadəcə olaraq işçiləri getdiyi üçün işləyə bilmir. İqtisadiyyat Nazirliyi müharibənin xərclərinin ölkənin ÜDM-nin üçdə birini və ya yarısını təşkil edəcəyinə inanırdı. Başqa hesablamaya görə, söhbət 500 milyard dollardan gedir. Lakin dəqiq məbləğ yalnız müharibə başa çatdıqdan sonra məlum olacaq, - Marçenko deyib.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu Rusiya ilə müharibə səbəbindən 2022-ci ilin sonuna qədər Ukraynanın ümumi daxili məhsulunun 10% azalacağını proqnozlaşdırıb. Fond həmçinin inflyasiyanın 19,1%-ə yüksələcəyini deyib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ukrayna   ÜDM  



Xəbər lenti