Məşhur futbolçu ukraynalı kəşfiyyatçılara yardım edib

   Məşhur futbolçu ukraynalı kəşfiyyatçılara yardım edib
  15 Mart 2022    Oxunub:1200
Ukrayna yığmasının və London "Vest Hem"inin hücumçusu Andrey Yarmolenko Çerniqovdakı ukraynalı hərbçilərə kömək edib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
- Çerniqov vilayəti hərbi idarəsinin rəisi Vyaçeslav Çaus 32 yaşlı futbolçuya doğma şəhərinə kömək etdiyinə görə təşəkkür edib.

O, "Mən Andrey Yarmolenkoya bu gün öz şəhərinə etdiyi köməyə görə çox minnətdaram. Mənim əlimdə olan bu ləvazimatlar kəşfiyyatçılarımıza veriləcək. İndi onlara lazım olan budur. Andrey, təşəkkür edirəm" deyib.

Xatırladaq ki, Andrey Yarmolenko futbolda ilk addımlarını atdığı Çerniqov vilayətində doğulub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti