20 deputat Ukraynadan qaçıb

   20 deputat Ukraynadan qaçıb
  15 Mart 2022    Oxunub:1430
Müharibə başlayandan sonra Ukrayna Ali Radasının təxminən 20 deputatı ölkədən qaçıb. AzVision.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin vitse-spikeri Aleksandr Korniyenko yerli telekanallara açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədən qaçan deputatların adları Ukrayna Təhlükəsizlik Xidmətinə məlumdur və onlarla bağlı müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, daha əvvəl Ali Radanın spikeri Ruslan Stefançuk bildirib ki, Ukrayna ərazisini tərk edən deputatlara xəyanətkar münasibəti göstəriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti