ABŞ-da qayda pozan sürücü günahı Putinin üzərinə atdı - VİDEO

   ABŞ-da qayda pozan sürücü günahı Putinin üzərinə atdı -    VİDEO
  15 Mart 2022    Oxunub:1882
ABŞ-da maraqlı hadisə baş verib. AzVision.az xəbər verir ki, Florida ştatında sürət həddini aşdığı üçün dayandırılan sürücü qayda pozuntusunda günahkarın Rusiya prezidenti Vladimir Putin olduğunu deyib.
Bu barədə "New York Post" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Qeyd edilir ki, sürücü günahı Rusiya liderinin üzərinə atmağa çalışdığı üçün diqqət çəkib.

- Əvvəlcə qayda pozan sürücü şerifi avtomobili yeni aldığına inandırmağa çalışıb və maşındadkı idman rejimini söndürə bilmədiyini deyib. Lakin sonra o, başqa arqumentlərə əl atmaq qərarına gəlib. Sürücü deyib ki, "Mən indicə bildim ki, Vladimir Putin bütün dünyaya qarşı nüvə müharibəsi başladacaq. Nə baş verdiyini anlamaq üçün mümkün qədər tez evə qayıtmağa çalışırdım. Mən təşviş içərisində idim". Nəticədə sürücü yol hərəkəti qaydalarını pozduğuna görə iki cərimə alıb,- məqalədə yazılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Sürücü   Putin  



Xəbər lenti